Azərbaycan XİN-dən ABŞ-ın dövlət katibinə ETIRAZ

16.10.2020 12:49 762 baxış sayı 1 dəq. oxuma
Azərbaycan XİN-dən ABŞ-ın dövlət katibinə

Amerika Birləşmiş Ştatlarının Dövlət Katibi Maykl Pompeo bu ilin 15 oktyabr tarixində “WSB Atlanta” televiziya kanalında Erik Erikson Şou verilişində səsləndirdiyi fikirlər sırasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunub.

Bu barədəAzərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən açıqlamada bildirilib.

“Azərbaycan tərəfi hesab edir ki, ABŞ Dövlət Katibinin fikirləri ABŞ Hökuməti tərəfindən münaqişə ilə bağlı bundan öncə edilmiş çoxsaylı rəsmi bəyanatlara uyğun deyil.

Bu fikirlər, həmçinin ABŞ-ın ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri kimi statusuna uyğun gəlmir”,-deyə XİN bəyan edib.

O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: