🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Azərbaycan Yazıçılar Birliyinin üzvü vəfat etdi

28.12.2020 17:12 770 baxış sayı 3 dəq. oxuma
Azərbaycan Yazıçılar Birliyinin üzvü vəfat etdi

Satirik yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, biologiya müəllimi Hacıbala Əmir (Əmirov Hacıbala Hacıbaba oğlu) uzun sürən xəstəlikdən sonra 71 yaşında vəfat edib.

O, yaşadığı Cəlilabad rayonunun Alar kəndinin Muradxanlı məhəlləsindəki qəbiristanlıqda dəfn edilib.
 
Qeyd edək ki, Hacıbala Əmir 1949-cu il yanvarın 9-da Cəlilabad rayonunun Alar kəndində anadan olub. İndiki Azərbaycan Dövlət Pedaqoji Universitetini və Jurnalist Sənətkarlığı İnstitutunu bitirib. Yaşadığı kənddəki 3 saylı tam orta məktəbdə biologiya müəllimi işləyib. Azərbaycan Yazıçılar Birliyinin üzvü və "Cəlil Məmmədquluzadə mükafatı” laureatı idi.
 
"Bir çuval gülüş" (1998), "Qoyunlu kəndinin başagəldiləri" (1998), "Tilsimlənmiş dairə" (1999), "Vay dədə vay, yenə gəldilər" (2000), "Ataxanın ağıl dərmanı" (2001), "Belə də iş olar?" (2002), "Mən gələr olmadım, qoyunu gözlə" (2004), "Pul davası" (2005), "Darıxma, yaxşı olacaq" (2007), "Ərəsey düyəsi" (2008), "Məcburi məzuniyyət" (2010), "Şopi Kişinin sərgüzəştləri” (2011), "Yaltaqlıq” (2011), "Kütaxtaranlar” (2011), "Tək səbir və sözün” (2012), "Hədəf” (2013), "Hərədən bir gülüş payı” (2015) və başqa kitabları nəşr olunub.
 
Allah rəhmət eləsin!
 
Paylaş: