“Azərbaycana bütün dövlətlər dəstək verməlidir” - Ərdoğan
“Son zamanlar bölgəmizdəki ən önəmli hadisə işğalçı Ermənistanın Azərbaycana qarşı təcavüzüdür. Üstəlik, Qarabağda sadəcə işğal deyil, həm də böyük qətliamlar ediblər. Ermənilərin etdikləri çox zaman cəzasız qaldı”. “Qafqazinfo” xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan deyib.
O, Nazirlər Kabinetinin toplantısındakı görüşdən sonra hazırda Dağlıq Qarabağda gedən hərbi əməliyyatlardan, Azərbaycanın torpaqlarını Ermənistan işğalından azad etməsindən danışıb: “ABŞ, Fransa və Rusiya tərəfindən yaradılan Minsk Qrupu bu problemi həll etmədir. Qardaş Azərbaycan xalqı illərdir işğalın itkilərini yaşadı. Bu ana qədər Qarabağ torpaqlarının bir hissəsi işğaldan qurtarıldı. Türkiyə olaraq ən hər zaman Azərbaycanın yanındayıq.
Azərbaycanın torpaqlarının işğaldan azad olunmasına dəstək vermək hər dövlətin vəzifəsidir. Beynəlxalq aləm Qarabağ və Azərbaycan torpaqları işğal olunarkən səssiz dayanmışdı. Türkiyə əlindəki gücü və imkanları ilə bu haqsız, çirkin oyunu pozmaqda qərarlıdır. Bunun üçün BMT-də “dünya 5-dən böyükdür” deyirik. Azərbaycanın Qarabağı və işğal altındakı torpaqlarını azad etmə mübarizəsində etdikərimiz bundan ibarətdir”.
Oxşar xəbərlər
“Qalatasaray” Azərbaycana bu sözlərlə dəstək oldu...
Son Xeberler
“Azərbaycana bütün imkanlarımızla dəstək veririk”...
Son Xeberler
Nebahat Çehredən Azərbaycana dəstək
Son Xeberler
Millət vəkili: “Ramiz Mehdiyev istefa verməlidir”
Son Xeberler
Ştutqartda Azərbaycana dəstək aksiyası oldu
Son Xeberler
Türkiyə klubundan Azərbaycana dəstək -
İdman Xəbər