
Azərbaycanda avtobus aşdı – Xeyli sayda yaralı var

Samux rayonunun Füzuli kəndi ərazisində yerləşən istixananın işçilərini daşıyan mikroavtobus aşıb.
Bəhram Məmmədovun idarə etdiyi “Mercedes” markalı mikroavtobus hərəkətdə olan zaman, önünə çıxan uzunqulağa quşulmuş qoşquya çırpılıb, daha sonra idarəetmədən çıxaraq yol kənarına aşıb.
Hadisə nəticəsində mikroavtobusda olan 11 nəfər xəsarət alıb. Onlar Gəncə şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xəstəxanasına aparılıblar.
Onlardan 2000-ci il təvəllüdlü Rəşad Vidadi Oğlu Orucovun və daha bir nəfərin vəziyyəti orta-ağır qiymətləndirilir. Digərlərinin vəziyyəti normal və qənaətbəxşdir, bəziləri müayinə edildikdən sonra evə buraxılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.Report
Oxşar xəbərlər

Avtobus çaya aşdı
Xəbər Anı

SON DƏQİQƏ! Azərbaycanda avtobus dərəyə aşdı:
Son Xeberler

Türkiyədə əsgərləri daşıyan avtobus aşdı -
Son Xeberler

İctimai nəqliyyat 17:00-dan sonra işləməyəcək? -
Son Xeberler

Azadlıq prospektində avtobus zolağı niyə ləğv edil...
Son Xeberler

Şagirdləri daşıyan avtobus yoldan çıxdı: 21 ölü, 1...
Son Xeberler