Azərbaycanda aylıq maaşı 9500 manat olan iş yeri boşdur

16.12.2020 08:33 504 baxış sayı 2 dəq. oxuma
Azərbaycanda aylıq maaşı 9500 manat olan iş yeri boşdur

“Hazırda vakansiya bankında 30 minə yaxın iş imkanı mövcuddur”.

Bu barədə Dövlət Məşğulluq Xidmətinin rəisi Mustafa Abbasbəyli məlumat verib.

O bildirib ki, vakansiyalar üzrə əməkhaqqı 250 manatdan 9,500 manatadək dəyişir:

“İstənilən şəxs öz bilik və bacarığına uyğun vakansiya seçib göndəriş formalaşdıra bilər. Göndərişlərin işsiz şəxsə uyğunluğu məşğulluq mərkəzləri tərəfindən təsdiq edilərək işəgötürənlərə yönləndirilir”.

Xidmət rəisi qeyd edib ki, yaxın vaxtlarda vakansiya bankı yeni innovativ yanaşma ilə fəaliyyət göstərəcək:

“Süni zəkanın köməkliyi ilə iş axtaranlara vakansiya, işçi axtaranlara isə müvafiq əməkdaş insan müdaxiləsi olmadan təklif olunacaq”.

T
Əmək bazarı analitiki

Əmək bazarı, məşğulluq və əmək haqları mövzularında ixtisaslaşmışam. Əhalinin rifahı ilə bağlı məsələlər vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: