
Azərbaycanda Baş redaktor qadının boğazını kəsdi - VİDEO

Şirvan sakini qeyri-rəsmi nikahda yaşadığı qadını bıçaqlayıb.
Hadisə Şirvan şəhəri N. Nərimanov küçəsi 9 ünvanında yerləşən binanın mənzillərindən birində baş verib.
Şirvan sakini, 1957-ci il təvəllüdlü Nağıyev Mirhüseyn Balağa oğlu qeyri-rəsmi nikahda yaşadığı Şirvan sakini, 1993-cü il təvəllüdlü Məmmədli Ayşən Hafiz qızını ailə münaqişəsi zəminində boğaz nahiyəsindən bıçaqlayıb. Sonuncu ağır vəziyyətdə Şirvan şəhər mərkəzi xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilərək əməliyyata götürülüb. M. Nağıyev polis tərəfindən saxlanılıb.
Qeyd edək ki, bir müddət əvvəl “Bizim vətən” ictimai-siyasi qəzetinin təsisçisi və baş redaktoru olan M. Nağıyevin mobil telefon satışı ilə məşğul olan mağazalardan birində həmin qadını döydüyü anın videogörüntüləri sosial şəbəkələrdə yayımlanıb. //APA
Oxşar xəbərlər

Baku TV rus redaksiyası üçün "Redaktor" vakansiyas...
Edumap.az Təhsil Portalı

Çılpaq qadın özünü maşınların üstünə atdı -
Son Xeberler

Azərbaycanda baş redaktor və ailəsi koronavirusa y...
Son Xeberler

Küçədə müəllimin boğazını KƏSDİLƏR
Son Xeberler

İlan yatan qadının ağzına girdi -
Son Xeberler

Polis elə bir hərəkət etdi ki, qadının kəllə sümüy...
Son Xeberler