🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Son Xeberler
Son Xeberler
9 abunə
Bugun.az
Bugun.az
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Azərbaycanda bu tarixdə həm koronavirus, həm də karantin rejimi bitə bilər - AÇIQLAMA

18.08.2020 08:49 435 baxış sayı 2 dəq. oxuma
Azərbaycanda bu tarixdə həm koronavirus, həm də karantin rejimi bitə bilər -

Azərbaycanda koronavirusa yoluxanların sayında yenidən artım müşahidə olunur. Belə ki, avqustun 17-də açıqlanan rəsmi statistikaya görə 124 nəfər koronavirusa yoluxub, 167-si isə sağalıb. İki nəfər isə dünyasını dəyişib. Bu artım ölkədə koronavirusun ikinci dalğasının başlamasından xəbər verir?

Məsələyə münasibət bildirən professor Adil Qeybulla bildirib ki, ikinci dalğanın olması üçün birincinin sona çatması vacibdir:

"Birinci dalğa bitməmiş artım olarsa, bu artıq infeksiya baş verməsi deməkdir. May ayında da da bu hal təkrarlanmışdı. Ona görə də situasiya bilinmir. Bu baxımdan bizdə infeksiya da ola bilər, ya da birinci dalğa azalıb sona çatmaqla ikinci dalğa başlaya bilər. Bunların hər biri mümkündür. İkinci dalğanın olması payızda gözlənilir. Bütün dünya ölkələrində ikinci dalğa ilə bağlı söhbətlər gedir. Bu baxımdan da prosesin necə olacağı barədə fikir səsləndirmək də çətindir. Çünki virus getdikcə zəifləməyə doğru getməklə yanaşı ömrü də azalır. Virus uzun müddət bu formada davam edə bilməz. Hesab edirəm ki, koronavirus payız fəslinin sonunda bitməlidir”.(Konkret.az)

Etiketlər

Paylaş: