Azərbaycanda COVID-a yoluxub ölənlərin faiz nisbəti bilindi - RƏSMİ
Almaniyada COVID-19-la mübarizə çərçivəsində 10 min xəstənin məlumatları analiz edilərək, xəstəxanadaxili ölüm faizləri 22 faiz olaraq göstərilib.
Bunu Mərkəzi Neftçilər Xəstəxanasının həkim-infeksionisti Fərrux Sədirov deyib.
O bildirib ki, yaş qruplarına görə bu ölüm faizləri də stabil qalmayıb və dəyişir:
“Belə ki, 80 yaşdan yuxarı ölüm faizi 78 faiz, 70-80 yaş aralığında ölüm faizi 27 faiz, 60-70 yaş aralığında 15 faiz, 60 yaşdan aşağı 5 faiz olaraq qeydə alınıb.
Mərkəzi Neftçilər Xəstəxanasında ölüm faizi hazırda 12 faiz kimi qiymətləndirilib. Ümumilikdə Azərbaycanda COVID-a yoluxub ölənlərin faizi 1,5-1,6 arasında dəyişir”.
F.Sədirov əlavə edib ki, bu rəqəm İtaliya, Çin, İngiltərə kimi ölkələrlə müqayisədə, çox aşağıdır:
“Bu gün Azərbayvanda qeydə alınan ölümlərin digər ölkələrlə müqayisədə, aşağı olması vaxtında görülən qabaqlayıcı tədbirlərə görədir”.
Etiketlər
Oxşar xəbərlər
Ölkə üzrə COVID-19-a yoluxma statistikası açıqland...
Son Xeberler
Azərbaycanda ən çox yoluxma hansı bölgədədir?
Son Xeberler
Ermənistanda daha 124 nəfər koronavirusa yoluxub
Son Xeberler
Rusiyada koronavirusdan ölənlərin sayı 74 mini ötü...
Son Xeberler
Rusiyada koronavirusdan ölənlərin sayı 71 mini ötü...
Son Xeberler
Rusiyada koronavirusdan ölənlərin sayı 72 185 nəfə...
Son Xeberler