
Azərbaycanda daha bir AĞIR CİNAYƏT: Ər arvadını...

Avqustun 10-da saat 14 radələrində Xaçmaz rayonu ərazisində Raisa Rəşidovanın aldığı bədən xəsarətləri nəticəsində xəstəxanada ölməsi barədə məlumat daxil olub.
Xaçmaz rayon Prokurorluğundan verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
İstintaqla hadisənin zərərçəkmişin əri Rəşad Rəşidov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Rəşad Rəşidov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.(Apa)
Etiketlər
Oxşar xəbərlər

Tolikə AĞIR İTKİ-
Şou Xəbər

Xalq artistinə AĞIR İTKİ -
Son Xeberler

Zaur Kamala AĞIR İTKİ -
Şou Xəbər

Məşhur aktrisaya növbəti AĞIR İTKİ -
Son Xeberler

Azərbaycanın ən kriminal rayonları
Son Xeberler

Manaf Ağayev AĞIR İTKİdən yazdı:
Son Xeberler