Azərbaycanda daha bir yüksək vəzifəli məmur koronavirusdan vəfat etdi

10.12.2020 07:49 936 baxış sayı 1 dəq. oxuma
Azərbaycanda daha bir yüksək vəzifəli məmur koronavirusdan vəfat etdi

Sumqayıtda yüksək vəzifəli məmur koronavirusdan vəfat edib.

Sumqayıt Sukanal İdarəsinin rəisi İlqar Abdullayevə bir müddət öncə koronavirusa yoluxub.

Virusla mübarizə aparmasına baxmayaraq, xəstəlik səbəbindən komaya düşüb. Həkimlərin bütün cəhdlərinə rəğmən vəziyyəti ağırlaşan İ. Abdullayev müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, İ. Abdullayev 2019-cu ilin martından bu vəzifədə çalışırdı.(oxu.az)

A
İnvestigativ jurnalist

Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.

Bütün məqalələrə baxın
Paylaş: