Azərbaycanda DƏHŞƏT: Ehtiyatsızlıqdan anasını güllələdi
İyulun 18-də Saatlı rayonunun Kamallı kəndində yaşayan əvvəllər məhkum olunmuş R.Qənbərovun evinin həyətində ehtiyatsızlıqdan tüfəngdən açdığı atəşin (qırma) anası Tavuz Fərman qızına dəyməsi və onun aldığı xəsarətdən hadisə yerində ölməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Belə ki, dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
R.Qənbərov saxlanılıb, ondan cinayətdə istifadə etdiyi müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi götürülüb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 124-cü maddəsi (Ehtiyatsızlıqdan adam öldürmə) ilə cinayət işi başlanıb.
Rayon prokurorluğu tərəfindən araşdırma aparılır
Oxşar xəbərlər
“Dəhşət” ləqəbli erməni polkovniki məhv edildi
Son Xeberler
PS2-də İz Qoyan Dəhşət Oyunu Yenidən Doğulur!
Son Xeberler
Azərbaycanda DƏHŞƏT: Kişi arvadını yatdığı yerdə q...
Son Xeberler
Anasını yad kişiylə yataqda tutan məktəbli dəhşət...
Son Xeberler
Dəhşətli "Doom" Oyunu Gəlir! Treylər Yayımlandı
Texnologiya xəbərləri
Azərbaycanda DƏHŞƏT:
Son Xeberler