
Azərbaycanda dəhşətli qəza: 30 maşın toqquşdu

Bakı-Ələt-Qazax magistral yolunda onlarla avtomobilin iştirakı ilə yol qəzası olub.
Hadisə magistral yolun Ələt qəsəbəsi yaxınlığından keçən hissəsində qeydə alınıb.
Şahidlərin sözlərinə görə, yolların buz bağlaması səbəbindən 30-ya yaxın avtomobil toqquşub.
Hadisə nəticəsində xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə ziyan dəyib.
Xatırladaq ki, ötən gün Milli Hidrometeorologiya Xidməti ölkədə temperaturun aşağı düşəcəyi, qarlı və çovğunlu hava şəraitinin olacağı və yolların buz bağlayacağı ilə barədə xəbərdarlıq edib.
Beləliklə, dünən axşamdan müşahidə edilən qarlı-çovğunlu hava şəraiti yollarda nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirib.
Oxşar xəbərlər

DƏHŞƏTLİ QƏZA: 10 avtomobil toqquşdu,
Xəbər Anı

Bakıda DƏHŞƏTLİ qəza: 10 maşın toqquşdu, ölən var...
Son Xeberler

Dəhşətli qəza: 100 avtomobil toqquşdu, Onlarla olü...
Son Xeberler

Bakıda avtobusla maşın toqquşdu:
Son Xeberler

Yanğınsöndürən maşın hərəkətdə olan qatara çırpıld...
Son Xeberler

Yük və minik maşınları toqquşdu -
Son Xeberler