🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Son Xeberler
Son Xeberler
9 abunə
Bugun.az
Bugun.az
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Azərbaycanda ər arvadını xəyanət etdiyinə görə amansızlıqla öldürdü - VİDEO

02.09.2020 18:47 555 baxış sayı 3 dəq. oxuma
Azərbaycanda ər arvadını xəyanət etdiyinə görə amansızlıqla öldürdü -

Sabirabadda ər arvadını öldürüb. Polis bölməsinə könüllü təslim olan ər arvadının ona xəyanət etdiyini səbəb kimi göstərib. 

Baku TV xəbər verir ki, qətl hadisəsi Sabirabadın Hacıbəbir kəndində qeydə alınıb. Kənd sakini, 46 yaşlı Eyvaz Məmmədov qısqanclıq zəminində həyat yoldaşı, 41 yaşlı Təranə Məmmədovanı balta ilə vuraraq qətlə yetirib. Yoldaşı ilə xeyli mübahisə edən ər onu ot tayasının yanına apararaq elə oradaca baş nahiyəsindən üç balta zərbəsi endirərək öldürüb. Qadın aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Bildirilir ki, xeyli müddət ailə başçısı Türkiyəyə işləməyə, ailəsi üçün pul qazanmağa gedibmiş. Pandemiya səbəbindən geri dönə bilməyən Eyvaz Məmmədov nəhayət avqustun 8-də evinə dönə bilib.

Qətlə yetirilən Təranə Məmmədovanın yaxın qohumu bildirib ki, Şirvan mühafizə polisinin əməkdaşı olan polis nəfəri Güloğan Həsənovu avqustun 4-də qızla birlikdə tutub.

Onların birgə nikahdan iki övladları (bir qız və bir oğlu) var.

Faktla bağlı Sabirabad prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

 
 

Etiketlər

Paylaş: