
Azərbaycanda hamilə qadını aparan təcili yardım "Kamaz"la toqquşdu - VİDEO

Şəmkirdə 3 nəfərin ağır yaralanması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Bakı-Qazax magistral yolunun rayonun Könüllü kəndindən keçən hissəsində qeydə alınıb. Yük maşını qarşıdan gələn təcili tibbi yardım avtomobilinə çırpılıb. Ağstafa Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım avtomobili COVID-19 xəstəsi olan hamilə qadını aparırmış.
Hadisə zamanı xəsarət alan təcili tibbi yardım avtomobilinin sürücüsü, 1966-cı il təvəllüdlü Ağstafa rayon sakini, Qoşqar Namazov, Qazax rayon Təcilli Tibbi Yardım Stansiyasının tibb bacısı, 1959-cu il təvəllüdlü rayon sakini Sevda Nəsibova və Qazax rayon sakini Jalə İsmayılova xəstəxanaya yerləşdiriliblər.
Yaralılardan tibb bacısının vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır. (APA)
Oxşar xəbərlər

Yük və minik maşınları toqquşdu -
Son Xeberler

Sumqayıtda hamilə qadın dənizdə batdı -
Son Xeberler

Hamilə aparıcının canlı yayımda halı pisləşdi
Şou Xəbər

Prezident xanımı ilə yeni təcili yardım maşınların...
Son Xeberler

DƏHŞƏTLİ QƏZA: 10 avtomobil toqquşdu,
Xəbər Anı

6 aylıq hamilə arvadını dənizdə boğan şəxs hakim ö...
Son Xeberler