
Azərbaycanda hava kəskin dəyişəcək: Qar yağacaq

Azərbaycan ərazisində hava şəraiti dəyişir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sentyabrın 15-i axşamdan 16-sı axşamadək fasilələrlə yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.
Azərbaycanın rayonlarında sentyabrın 15-i günün ikinci yarısından 18-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir leysan xarakterli yağış yağacağı, bəzi şimal və qərb rayonlarında intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı gözlənilir.
Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-6 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.
Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Oktyabrın 2-si üçün hava xəbərdarlığı: Yağış, şimş...
Son Xeberler

Bakıda hava kəskin soyuyacaq
Son Xeberler

Növbəti 3 gündə hava kəskin dəyişir
Bugun.az

Bu tarixdə hava kəskin dəyişəcək - Xəbərdarlıq
Bugun.az

Azərbaycanda beynəlxalq yük daşımaları kəskin aza...
Bugun.az

Bu tarixdən hava kəskin dəyişəcək
Bugun.az


