🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Son Xeberler
Son Xeberler
9 abunə
Bugun.az
Bugun.az
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Azərbaycanda icra başçısının müavini koronavirusa yoluxdu SON DƏQİQƏ

24.06.2020 10:54 635 baxış sayı 2 dəq. oxuma
Azərbaycanda icra başçısının müavini koronavirusa yoluxdu

Goranboy Rayon İcra Hakimiyyətinin (RİH) başçısı və əməkdaşlarından yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar götürülən test analizlərinin nəticələri məlum olub.

Bu barədə Goranboy Rayon Mərkəzi Xəstəxanasından (RMX) məlumat verilib.

Onun sözlərinə görə, Goranboy RİH başçısının birinci müavini Ceyhun Həsənovun testinin nəticələri pozitiv çıxıb. Bu səbəbdən o, ev şəraitində karantinə alınıb. Hazırda C.Həsənovun evdə müalicəsi davam etdirilir.

Goranboy RİH-in başçısı və digər əməkdaşlarının koronavirus testinin nəticələri isə neqativ olub.

Qeyd edək ki, daha əvvəl Samux RİH başçısının müavini Qəzənfər Əliyev koronavirusa yoluxmuşdu. Q.Əliyev iyunun 20-də müalicə edildiyi Goranboy RMX-da dünyasını dəyişib.

Paylaş: