
Azərbaycanda idmanla məşğul olanların sayı açıqlandı

Azərbaycanda əhalinin yalnız 20,4 faizi idmanla məşğul olur.
2019-cu ildə aparılmış ev təsərrüfatları tədqiqatının məlumatlarına əsasən, ölkədə 15-19 yaşlı əhalinin 43,5 faizi, 20-44 yaşlı əhalinin 27 faizi, 45-64 yaşlı əhalinin 11,6 faizi idman edir.
İdmanla məşğul olan kişilərin sayı qadınlara nisbətən daha çoxdur. Azərbaycanın kişi əhalisinin 30,8 faizi idmanla məşğul olur. Ölkədə 15-19 yaşlı kişilərin 54 faizi , 20-44 yaşlı kişilərin 40,7 faizi, 45-64 yaşlı kişilərin 17,1 faizi, yaşı 65-dən çox olan kişilərin 8,7 faizi idmanla məşğuldur.
Qadınlara gəldikdə isə, onların yalnız 11 faizi idmanla məşğul olur.
Azərbaycandakı 15-19 yaşlı qadınların 32,2 faizi, 20-44 yaşlı qadınların 13,2 faizi, 45-64 yaşlı qadınların 7 faizi, yaşı 65-dən çox olan qadınların 2,6 faizi idman edir.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qeyri-aktiv həyat tərzi və fiziki hərəkətsizliyi dünya üzrə ölümə səbəb olan dördüncü əsas risk amili kimi qiymətləndirir. Dünyada hər 3-cü şəxs kifayət qədər aktiv həyat yaşamır. (Trend)
Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Alimlər idmanla məşğul olmaq həvəsinin "açarını" t...
Tibbi məlumatlar

TƏBİB məlumat yaydı -
Son Xeberler

Səhiyyə Nazirliyindən COVİD-19-la bağlı təhlükəli
Son Xeberler

Çində partlayış nəticəsində ölənlərin sayı 20-yə ç...
Son Xeberler

Azərbaycan əhalisinin sayı açıqlandı
AzMedia

İzmirdə ölənlərin sayı 25-ə çatdı
Son Xeberler


