
Azərbaycanda indiyədək peyvənd olunanların sayı AÇIQLANDI

İndiyə qədər Azərbaycanda koronavirusa qarşı 50 minə yaxın vətəndaş peyvənd olunub.
Bu barədə apa-nın sorğusuna cavab olaraq Nazirlər Kabinetindən bildirilib.
Qeyd olunub ki, onların əksəriyyəti səhiyyə işçiləridir.
Qeyd edək ki, yanvarın 18-dən Azərbaycanda koronavirusa qarşı vaksinasiyanın birinci mərhələsi başlayıb. Vaksinasiyanın ikinci mərhələsi isə fevralın 1-dən başlanacaq.
Azərbaycan COVAX platformasında iştirak edir, eyni zamanda vaksinlərin əldə edilməsi üçün ikitərəfli razılaşmalarda iştirak edir.
Azərbaycan COVAX platforması çərçivəsində “Sinovac” şirkətinin 2 milyon doza “CoronaVac” vaksini alacaq. Eyni zamanda, “Sinovac” şirkəti ilə danışıqlar aparılır. Ümumilikdə “Sinovac” şirkətinə 4 milyon doza vaksin sifariş edilib.
Oxşar xəbərlər

Dünyada peyvəndlənənlərin sayı koronavirusa yoluxa...
Son Xeberler

Azərbaycanda peyvənd olunanların ümumi sayı açıqla...
Son Xeberler

Azərbaycanda indiyədək aparılan testlərin sayı
Son Xeberler

Azərbaycanda koronavirusla bağlı
Son Xeberler

Azərbaycanda koronavirusdan sağalanların sayı 4 93...
Son Xeberler

Azərbaycanda koronavirusa yoluxanların sayı 10 min...
Son Xeberler