🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Azərbaycanda karantin yenə sərtləşir? - TƏBİB-dən AÇIQLAMA

25.09.2020 06:25 583 baxış sayı 3 dəq. oxuma
Azərbaycanda karantin yenə sərtləşir? -

“Birincisi, epidemioloji vəziyyət tam nəzarət altındadır. İkincisi, daimi olaraq dövlət qurumları, səhiyyə qurumları bu barədə qabaqlayıcı tədbirlər görür. Belə davam etsə, insanlarımız qorunma tədbirlərinə əməl etsə, inanmıram ki, gələcəkdə hər hansı sərtləşdirici karantin tədbirləri olsun".

Bunu Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) Elmi Komitəsinin sədri, professor Akif Qurbanov İctimai Televiziyada yayımlanan “Diqqət mərkəzi” verilişində ölkədəki epidemioloji vəziyyət haqqında danışıb.

O qeyd edib ki, ola bilər ki, yoluxmaların sayında artım görülsün. "Bu da bizim özümüzdən asılıdır. Yoluxmanın artması o deməkdir ki, hansısa şərtləri gözləmirik”. Onun sözlərinə görə, gələcəkdə müəyyən bir bölgədə yoluxma sayının kəskin artması müşahidə olunarsa, orada lokal karantin tədbirləri tətbiq edilə bilər.

Hazırda TƏBİB tərəfindən aparılan tədqiqata əsasən, əhalinin təqribən 20-30 faizində koronavirusa qarşı immunitet yaranıb. Daha bir 20%-in də vaksinasiyası əhalinin yarısından artığında immunitet yaranacaq. Nəticədə əhalinin 50 faizində immunitet olarsa, pandemik proses dayanmış olur, yoluxma sayı artmır.

İnsanlar qorunma tədbirlərinə əməl etsələr, COVİD vaksininə qədər yoluxma sayında ciddi artım olmayacaq. Ölkəyə COVİD-19 vaksini gələrsə, ilk növbədə risk qruplarına tətbiq ediləcək. Bura yaşlı əhali qrupu, xroniki xəstəlikləri olanlar, tibb işçiləri, ola bilsin müəllimlər daxildir. Bu da təqribən əhalinin 20%-ni əhatə edəcək".

Etiketlər

Paylaş: