🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Son Xeberler
Son Xeberler
9 abunə
Bugun.az
Bugun.az
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Azərbaycanda koronavirusun ikinci dalğası BU AYDA başlayacaq - AÇIQLAMA

19.08.2020 07:33 447 baxış sayı 2 dəq. oxuma
Azərbaycanda koronavirusun ikinci dalğası BU AYDA başlayacaq -

Ölkəmizdə koronavirus yoluxmalarının yenidən artması və ya başqa adla ikinci dalğa mümkündürmü? Digər tərəfdən, son günlər ölkəmizdə yoluxma hallarında yenidən artım qeydə alınır. Bu artım narahatlıq üçün əsas verirmi? Artımın bu tempi təhlükəli həddə yüksələ bilərmi?

Bununla bağlı "sonxeber.az"-a ATU-nun dosenti, cərrah Ədalət Rüstəm danışıb:

"Gürcüstanda virusun ikinci dalğasının başlandığını demək olar. Qeyd edilən Avropa ölkələrində ikinci dalğanın başlanmasını doğru hesab etmək olmaz. Mövcud pandemiya şəraitini nəzərə alaraq Azərbaycanda da virusun ikinci dalğasının gəlməsini hesab etmək olmaz. Çünki ikinci dalğa payızın sonlarında başlayacaq. Bu mövsümi xəstəliklər başlayan vaxta təsadüf edəcək. Xəstələnmə sayının enməsini ikinci dalğa hesab etmək olmaz. Çünki birinci dalğa hələ Azərbaycanda bitməyib. Xəstələnmə sayı sıfıradək enəndə birinci dalğanı bitmiş hesab etdilir. Oktyabr ayının sonları, noyabr ayının əvvələri Azərbaycanda koronvirusun birinci dalğası bitmiş hesab ediləcək. Sentyabr ayının əvvəllərinədək biz pandemiyada ikirəqəmli saya qədər düşməliyik. Bu rəqəmlərə yaxınlaşma olsa deməli birinci dalğanı bitirdik, olmasa birinci dalğanı bitirmədən ikinci dalğa başlayacağıq".

Paylaş: