Azərbaycanda minlərlə məhkum vaxtından əvvəl həbsdən azad edildi - VİDEO

23.11.2020 16:15 626 baxış sayı 2 dəq. oxuma
Azərbaycanda minlərlə məhkum vaxtından əvvəl həbsdən azad edildi -

Pandemiya dövründə 2300-ə yaxın məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad olunub.

 Ədliyyə Nazirliyindən bildirilib ki, məhkumların və təqsirləndirilən şəxslərin həyat və sağlamlıqlarının qorunması ciddi nəzarətdə saxlanılıb, dövlət başçısının humanist siyasətinin təzahürü olaraq imzaladığı əfv sərəncamı ilə virusa yoluxması daha riskli olan yaşı 65-dən yuxarı məhkumların əksəriyyəti azadlığa buraxılıb: 300-ə yaxın məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad olunub və ya yüngül rejimli müəssisəyə keçirilib.

740 nəfər isə ev dustaqlığı və digər alternativ qətimkan tədbirlərinin tətbiqi nəticəsində həbsdən azad ediliblər”.

Cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı yeni qanunvericiliyə əsasən, iki mindən çox məhkum cəzadan tamamilə azad edilib, 3200-dən artıq məhkumun cəza müddəti azaldılıb, habelə xarici dövlətlərdən olan bir çox məhkumlar karantin rejiminə əməl edilməklə öz ölkəsinə təhvil verilib.

A
İnvestigativ jurnalist

Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.

Bütün məqalələrə baxın
Paylaş: