
Son Xeberler
9 abunə
Azərbaycanda nazirliyin 25 əməkdaşı koronavirusa yoluxdu
18.06.2020 07:35
691 baxış sayı
2 dəq. oxuma

Bu günə qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 25 əməkdaşı koronavirus infeksiyasına yoluxub.
Bu barədə Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov deyib.
O bildirib ki, virusa yoluxanlardan 3-ü Dövlət Məşğulluq Xidmətinin işçisi (1 nəfər 5 saylı ərazi Məşğulluq Mərkəzinin (Xətai, Nəsimi, Zəngilan), 1 nəfər 4 saylı ərazi Məşğulluq Mərkəzinin (Nərimanov, Binəqədi, Şuşa), 1 nəfər Şəmkir rayon Məşğulluq Mərkəzinin əməkdaşıdır); 6-sı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin işçisi (2 nəfər Xidmətin aparatının, 3 nəfər Protez-Ortopedik Bərpa Mərkəzinin, 1 nəfər Yevlax Əlilliyi olan şəxslərin Bərpa Mərkəzinin əməkdaşıdır); 16 nəfər isə Dövlət Sosial Müdafiə Fondunun işçisidir (1 nəfər Fondun Aparatının, 11 nəfər Qobustan şəhər şöbəsinin, 4 nəfər Yevlax şəhər şöbəsinin əməkdaşıdır)".
Nazirlik rəsmisi qeyd edib ki, xəstələrin vəziyyəti yaxşıdır və müalicələri davam edir: "Paralel olaraq nazirlik əməkdaşlarının virusdan qorunması üçün ciddi profilaktik tədbirlər davam edir. Əməkdaşlar arasında bu istiqamətdə maarifləndirmə və digər zəruri tədbirlər görülür. Nazirlik də hər kəsi aidiyyəti qurumların çağırışlarına ciddi əməl etməyi, virusdan qorunma üçün tətbiq edilən izolyasiya və gigiyenik tədbirləri gündəlik həyat tərzinə çevirməyə çağırır".
Tibb müxbiri
Tibb və səhiyyə xəbərləri üzrə ixtisaslaşmışam. Tibb bacısı kimi işlədikdən sonra jurnalistikaya keçdim.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Azərbaycanda daha bir nazirliyin əməkdaşları koron...
Son Xeberler
677
17/06 14:44

CBC-nin 8 əməkdaşı koronavirusa yoluxdu
Son Xeberler
510
02/07 12:34

Nazirliyin 26 işçisi koronavirusa yoluxdu -
Son Xeberler
544
25/09 15:44

Azərbaycanda eks-deputat koronavirusa yoluxdu
Son Xeberler
727
22/06 10:13

AzTV-nin tanınmış aparıcısı koronavirusa yoluxdu -
Son Xeberler
642
24/06 06:18

Azərbaycanda baş redaktor və ailəsi koronavirusa y...
Son Xeberler
747
22/06 13:05


