Azərbaycanda sürücü buna görə 3 min manat Cərimə olundu
Mingəçevir Şəhər Polis Şöbəsinin (ŞPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlərlə karantin qaydalarını pozaraq Bakıya sərnişin daşımağa cəhd edən sürücü saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, araşdırma zamanı məlum olub ki, sürücü Rəşad Əliyev sərnişinlərin hər birindən on beş manat almaqla idarə etdiyi “Mercedes” markalı mikroavtobusla onları Bakı şəhərinə gətirəcəyinə söz verib.
Sürücü R.Əliyev barəsində toplanmış material hüquqi qiymət verilməsi üçün şəhər məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə o, üç min manat məbləğində cərimə edilib. Sərnişinlərə də İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və onlara ciddi xəbərdarlıq edilib.
Etiketlər
Oxşar xəbərlər
Azərbaycanda qızıl bahalaşıb
Son Xeberler
Bəzi ölkələrdə benzin və dizelin qiyməti -
Son Xeberler
Unun son qiymətləri
Xəbər Anı
Azərbaycanda qızıl rekord həddə bahalaşıb
Son Xeberler
Azərbaycanda un bahalaşdı
Xəbər Anı
Növbəti aylarda 190 manat veriləcəkmi? -
Son Xeberler