Azərbaycanda toyların təşkili bu tarixdən sonra mümkün olacaq – AÇIQLAMA

04.08.2020 06:45 1,005 baxış sayı 1 dəq. oxuma
Azərbaycanda toyların təşkili bu tarixdən sonra mümkün olacaq –

31 avqust tarixinədək Azərbaycanda toy məclislərinin təşkilinə qoyulan qadağa davam edəcək. 

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar imzalayıb.

Qazet.az-ın əldə etdiyi məlumata görə, sentyabr ayının 1-dən etibarən Azərbaycanda toy məclislərinin təşkilinə icazə verilə bilər. Bu isə ölkə üzrə koronavirusa yoluxanların sayından asılı olacaq.

Yoluxmalarda kəskin azalma olacağı təqdirdə müəyyən qaydalara əməl edilməklə şənliklərin təşkili mümkün olacaq.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus pandemiyası ilə əlaqədar beynəlxalq fövqəladə vəziyyət rejimini növbəti 3 ay müddətinə uzadıb.

M
Turizm müxbiri

Turizm və səyahət sənayesi haqqında yazıram. Azərbaycanda və xaricdə marqlı yerləri kəşf etmək xoşuma gəlir.

Bütün məqalələrə baxın
Paylaş: