
                                    
                                        Son Xeberler
                                    
                                    
                                                    
                                        
                                            
                                            9 abunə
                                        
                                    
                                Azərbaycanda vəzifəli şəxs həbs olundu - Xadimədən rüşvət istəyib
                        
                            
                            12.02.2021 14:47
                        
                        
                            
                            536 baxış sayı
                        
                        
                            
                            2 dəq. oxuma
                        
                                            
                                            
"Saatlı Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru vəzifəsində işləmiş Quliyev Əzizağa Kişibala oğlunun qanunsuz hərəkətləri barədə vətəndaşın müraciəti əsasında Saatlı rayon prokurorluğunda araşdırma aparılıb.
Saatlı rayon prokurorluğundan  verilən məlumata görə, aparılmış araşdırmalarla Əzizağa Quliyevin "Saatlı Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru vəzifəsində işləyən zaman, Matan Məmmədovanı xadimə işinə qəbul etmək müqabilində 1000 manat, qızı Jalə Həvəskarini isə kompyuter üzrə mütəxəssis ştatına işə qəbul etmək üçün 2000 manat məbləğində pulu rüşvət qismində almasına əsaslı şübhələr müəyyənləşib:
"Faktla bağlı Saatlı rayon prokurorluğunda cinayət işi başlanmaqla, Quliyev Əzizağa Kişibala oğlu Cinayət Məcəlləsinin 311.3.2-ci (rüşvət alma təkrar törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir”.
                    
                                        O
                                    
                                
                                Regional siyasət müxbiri
                                    
                                    
                                                                            Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Azərbaycanda vəzifəli şəxs vəfat etdi
Son Xeberler
                                        
                                            
                                            920
                                        
                                        
                                            
                                            25/08 06:05
                                        
                                    
                                
SON DƏQİQƏ: Azərbaycanda vəzifəli şəxs vəfat etdi...
Son Xeberler
                                        
                                            
                                            1,082
                                        
                                        
                                            
                                            01/12 13:44
                                        
                                    
                                
Daha üç vəzifəli şəxs həbs olundu - İmamoğlu işi
Bugun.az
                                        
                                            
                                            111
                                        
                                        
                                            
                                            23/03 11:25
                                        
                                    
                                
Azərbaycanda daha bir vəzifəli şəxs COVID-19-dan v...
Son Xeberler
                                        
                                            
                                            1,097
                                        
                                        
                                            
                                            14/12 17:28
                                        
                                    
                                
Azərbaycanda şirkət rəhbəri həbs olundu
Son Xeberler
                                        
                                            
                                            605
                                        
                                        
                                            
                                            09/09 13:18
                                        
                                    
                                
Azərbaycanda sabiq icra başçısı həbs edildi -
Son Xeberler
                                        
                                            
                                            1,273
                                        
                                        
                                            
                                            24/08 10:04
                                        
                                    
                                
                                        

