🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Azərbaycanda vəzifəli şəxsin kürəkəni arvadını MƏHKƏMƏYƏ VERDİ

01.09.2020 14:25 391 baxış sayı 6 dəq. oxuma
Azərbaycanda vəzifəli şəxsin kürəkəni arvadını

Azərbaycanda vəzifəli şəxsin kürəkəni atalığın müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət edib.

Hüseyn Ağayev adlı şəxs Binəqədi rayon Məhkəməsində arvadı K.S-ya qarşı iddia qaldırıb.

O qeyd edib ki, 2018-ci il noyabrın 23-də doğulan uşağın gerçək atası olduğuna inanmır:

“Yoldaşım hamiləlik dövründə Leyla Şıxlinskaya klinikasında müayinə və müalicə olunub. Ailəsi əvvəlcə hamiləliyi məndən gizlətmişdi, biz həkimə gedəndə bunu öyrəndik. Orada həkim uşağın dünyaya gəlmə vaxtını təqribi deyəndə dirənərək USM aparatının səhv göstərdiyini bildirdi, israrla uşağın dekabrın 17-də olacağını deyirdi.

Uşaq noyabrın 23-də doğulub, bunu da mənə deməyiblər. Xəstəxana iş yerimə arayış göndərəndə bilmişəm. Sənəddə göstərilib ki, uşaq tam ayında doğulub. Əgər uşaq tam həftəsində doğulubsa, niyə dekabrın 17-si yox, noyabr ayının 23-ü doğulub? 103 saylı arayışda yoldaşımın qan qrupu +1 olduğu göstərilib, lakin onun qan qrupu +2-dir.

Bütün bu olanlardan sonra mənim bu ailəyə qarşı heç bir inamım yoxdur və onun dünyaya gətirdiyi uşağın mənim olmasına şübhələrim var. Şübhəm var ki, mənim uşağım diri doğulmayıb”.

K. S. da məhkəməyə müraciət edərək Hüseyn Ağayevə qarşı qarşılıqlı iddia qaldırıb. O bildirib ki, keçmiş ərinin iddia tələbində qeyd etdikləri həqiqətə uyğun deyil:

“Həqiqətdə mən gəlin köçdüyüm evdən hamilə vəziyyətində qovulmuşam və evdən əynimdə olan paltarla çıxmışam. Hüseynin yazdıqlarından belə başa düşülür ki, mən həkimlə və ya xəstəxana ilə cinayət əlaqəsinə girib başqa uşağı öz adıma yazdırmışam. Hüseyn məni bilərəkdən cinayətdə təqsirləndirir.

Ümumiyyətlə, mənə qarşı əsassız, böhtan xarakterli iddianı verməklə, uşağın onun olmamasını göstərməklə mənim şərəf və ləyaqətimi alçaldıb.

Hətta iddia ərizəsində atamı vəzifəsindən sui-istifadə etməkdə təqsirləndirərək yazıb ki, atam vəzifə səlahiyyətlərindən sui-istifadə edərək tapşırıq verdirib ki, o və ailəsi xəstəxanaya buraxılmasın və uşaq barəsində də heç bir məlumat verilməsin. Biz ilk iddia ərizəsini alıb oxuduqdan sonra mən və ailəm böyük sarsıntı keçirmişik.

Hüseynin mənə qarşı böhtan xarakterli iddia ərizəsi nəticəsində çox əsəbiləşmişəm, əsəbdən südüm kəsilib və artıq qızıma süd verə bilmirəm.

Hüseyn yazdıqları ilə mənim əxlaqıma ləkə atıb. Mən ailəmin - atam, anam, qardaşım və qohumlarımın qarşısında təhqir olunmuşam. Milli dəyərlərlə böyüyən bir şəxs kimi mənim üçün Hüseynin yazdıqları və yaydıqları böyük bir təhqirdir”.

K.S. ona böhtan atılmasına görə H.Ağayevdən 100 min manat tutulmasını tələb edib və həmin pulu xeyriyyə fondlarından birinə ödəyəcəyini bildirib.

Bundan sonra Hüseyn Ağayev məhkəməyə müraciət edərək iddiasından imtina etdiyini, işə xitam verilməsini istəyib. Lakin məhkəmə onun ərizəsini qəbul etməyib və işə mahiyyəti üzrə baxıb.

Onun vəkili məhkəmədə iştirak edərək bildirib ki, Hüseyn Ağayevdə əvvəllər belə şübhələr olsa da, ekspert rəyindən sonra artıq onda şübhə qalmayıb. Atalığın müəyyən edilməsi üçün keçirilən testin nəticəsində qeyd edilib ki, “genetik test nəticəsində uşaq və güman olunan ata arasında tam şəkildə uyğunluq aşkarlanıb. Bu isə onlar arasında övlad-valideyn səviyyəsində qohumluq əlaqəsinin olduğunu göstərir”.

Məhkəmə hər iki şəxsin iddiasını rədd edib və onların tələbləri yerinə yetirilməyib.

Qeyd edək ki, sözügedən vəzifəli şəxs dövlət komitələrindən birində sədr müavini kimi çalışır

Paylaş: