Azərbaycandan daha 122 İran vətəndaşı ölkəsinə qayıtdı

05.09.2020 12:26 716 baxış sayı 1 dəq. oxuma
Azərbaycandan daha 122 İran vətəndaşı ölkəsinə qayıtdı

Bu gün İranın daha 122 vətəndaşı Azərbaycandan təxliyə olunub.

Bunu İranın Bakıdakı səfiri Seyid Əli Musəvi “Twitter” hesabında yazıb.

“İranın səfirliyi və Azərbaycan rəsmilərinin əməkdaşlığı nəticəsində bu gün 122 nəfərdən ibarət bir qrup İran vətəndaşı ölkəyə qayıdıb. İran vətəndaşları Astara sərhəd-buraxılış məntəqəsindən keçiblər”.

Səfirin bildirdiyinə görə, bununla koronavirus pandemiyası dövründə Azərbaycandan İrana qayıdan vətəndaşların sayı 1501 nəfərə çatıb.

A
İnvestigativ jurnalist

Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.

Bütün məqalələrə baxın

Etiketlər

Paylaş: