Azərbaycanın bu bölgəsi yoluxmaya görə birincidir - SON DƏQİQƏ

28.06.2020 08:02 799 baxış sayı 1 dəq. oxuma
Azərbaycanın bu bölgəsi yoluxmaya görə birincidir -

Azərbaycanda koronavirusa yoluxmada son vəziyyət açıqlanıb.

“Koronavirusinfo.az” saytının statistik məlumatına görə, Bakıda yoluxma halları yenidən artıb.

Belə ki, bundan əvvəlki göstəricilərdə ümumi yoluxma hallarında Bakının payı 52 faiz təşkil edirdisə, hazırda bu, 53,4 faizdir.

Sonrakı yerlərdə 15,8 faizlə Abşeron, 9,4 faizlə Gəncə-Qazax, 7,8 faizlə Aran, 6,1 faizi Lənkəran, 1,7 faizi Quba-Xaçmaz, 1,4 faizi Şəki-Zaqatala, 1,4 faizi Dağlıq Şirvan, 1,2 faizi Yuxarı Qarabağ, 0,03 faizi Naxçıvan qərarlaşıb.
Rəsmi məlumata görə, Azərbaycandakı koronaviruslu xəstələrin 1,6 faizi ölkə xaricində yoluxanlardır.

A
Gənclik və trendiər müxbiri

Gənclik mədəniyyəti və trendiər haqqında yazıram. Y və Z nəsli nə düşünür, nə istəyir - bunları araşdırıram.

Bütün məqalələrə baxın

Etiketlər

Paylaş: