Azərbaycanın bu şəhərində koronavirus tüğyan edir: giriş-çıxış məhdudlaşdırıldı, postlar quruldu

09.07.2020 11:06 962 baxış sayı 1 dəq. oxuma
Azərbaycanın bu şəhərində koronavirus tüğyan edir:

Xəbər verdiyimiz kimi, ötən gün Baş nazir Əli Əsədov Goranboy və Göygöl rayonlarının bütün ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı qərar verib. Belə ki, digər şəhər və rayonlarla yanaşı, bu rayonlarda da xüsusi karantin rejiminin 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılması ilə bağlı qərar verilib. 


Goranboyun Dəliməmmədli şəhərində koronavirusun daha çox yayıldığı, polis postlarının qurulduğu bildirilir. Şəhərə rayonun başqa yerlərindən giriş-çıxışın məhdudlaşdırıldığı bildirilir. Yoluxmanın daha çox həmin şəhəri əhatə etdiyi, bir neçə nəfərin isə koronavirus səbəbindən öldüyü bildirilir.

O
Ekologiya müxbiri

Ekologiya və ətraf mühit mövzularında yazıram. İqlim dəyişikliyi və yaşıl enerji mənim prioritet mövzularımdır.

Bütün məqalələrə baxın

Etiketlər

Paylaş: