
Azərbaycanın vaksinləri qısa zamanda gətirməsi əhəmiyyətli nailiyyətdir - Hande Harmancı

Azərbaycanın qısa zamanda COVİD-19-a qarşı vaksinləri ölkəyə gətirməsi çox əhəmiyyətli nailiyyətdir.
Bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.
Onun sözlərinə görə, pandemiyadan qurtulmaq üçün vaksinasiyanın aparılması çox vacibdir:
"Dünyada çox sayda ölkə artıq vaksinasiyaya start verib. Amma elə bu qədər də ölkə hələ peyvəndə başlamayıb. Azərbaycanı vaksinləri ölkəyə gətirməsi çox əhəmiyyətli nailiyyətdir. İnsanlar bunu başa düşür və qısa zaman ərzində vaksinasiya olunurlar".
İlk növbədə səhiyyə işçilərinin vaksinasiyadan keçməsini vacib sayan H.Harmancı qeyd edib ki, Azərbaycanda çox sayda tibb mütəxəssisi artıq peyvənd olunub. Bu da həm tibb işçilərinin, həm də pasiyentlərin təhllükəsizliyi baxımından əhəmiyyətlidir.
Tibb və səhiyyə xəbərləri üzrə ixtisaslaşmışam. Tibb bacısı kimi işlədikdən sonra jurnalistikaya keçdim.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Prezident vaksinləmə prosesindən danışdı
Son Xeberler

ABŞ-ın İlk Spot XRP ETF-i İdarəetmə Altındakı Akti...
Kripto

Azərbaycanın göy üzündə sürətli internet
Texnologiya xəbərləri

Azərbaycanın fiqurlu konkisürəni "Cup of China" Qr...
Azəri Xəbər

Gürcüstanda Rusiyayönümlü Hakimiyyətin Qüvvətlənmə...
KIBRIT MEDIA

Türkiyə əsgərlərinin Qarabağa gələcəyi tarixlə bağ...
Son Xeberler


