🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Son Xeberler
Son Xeberler
9 abunə
Bugun.az
Bugun.az
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Azərbaycanla Türkiyə səfirliklərinin önünə donuz başı qoyublar... - VİDEO

07.11.2020 08:39 898 baxış sayı 3 dəq. oxuma
Azərbaycanla Türkiyə səfirliklərinin önünə donuz başı qoyublar... -

Xəbər verdiyimiz kimi, bu gecə ermənilər Ukraynanın Xarkov şəhərində yerləşən fəxri konsulluğumuza silahlı hücum edib. Erməni terroçular tərəfindən konsulluğun binası atəşə tutulub və məkana 6 güllə dəyib. 

Ermənilər artıq bir neçə xarici ölkədə Azərbaycana qarşı terror və təxribata cəhd ediblər. Bu qəbildən olan təxribatçı və terrorçu hərəkətlərin arxasında bir başa Ermənistan hakimiyyətinin dayandığı artıq heç kimə sirr deyil. 

Bir müddət əvvəl Estoniyanın paytaxtı Tallin şəhərində maskalı naməlum bir şəxs, İslam mərkəzinin qarşısına, eləcə də Azərbaycan və Türkiyə səfirliklərinin önünə donuz başı qoyub.  Qeyri-rəsmi məlumatlara görə, bu rüsvayçı hərəkət, dini radikalizm ilə seçilən bir eston tərəfindən "müsəlmanların xristianlara qarşı pis münasibətinə" və "Azərbaycanın Ermənistana qarşı Dağlıq Qarabağdakı hərəkətlərinə" cavab olaraq törədilib. Bu istiqamətdə Ermənistanın Litva, Latviya və Estoniyadakı səfiri Tiqran Mkrtçyan tərəfindən təxribat xarakterli işlərin aparıldığını nəzərə alsaq, bu hərəkətdə Ermənistan xüsusi xidmət orqanlarının əli olduğu açıq şəkildə görünür.

Ermənistan bu cür təxribatlarla dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimizin dəyərlərinə və hisslərinə toxunaraq təxribata çəkməyə çalışır. Həmvətənlərimizin bu cür təxribatlara uymamaq, hər hansı bir təhlükə gördükdə dərhal həmin ölkənin hüquq-mühafizə orqanlarına müraciət etmək tövsiyə olunur.

Paylaş: