Son Xeberler
Son Xeberler

03.10.2024 03:25

6 abunə

10

Azərbaycanlı Müğənninin Pişiyi üçün 6000 Manat Xərclənir

Azərbaycanlı Müğənninin Pişiyi üçün 6000 Manat Xərclənir

Azərbaycanlı müğənnilər tez-tez lüks həyatları ilə diqqət çəkirlər, ancaq son zamanlar sənət aləmində heyvanlara olan sevgi də daha da artıb.

Bu məşhurların bəzilərinin heyvanlarını televiziyada, sosial mediada, bəzilərini isə təsadüfən görmüşük. Heyvan saxlamaq sanki şou dünyasında dəbə çevrilib. Onlar bir-birləri ilə rəqabət edirlərsə, heyvanlarını da rəqabətə məcbur edirlər.


Yenisabah.az-ın verdiyi məlumata görə, müğənnilərdən birinin safkan pişiyi hər kəsdən fərqlənir. Bu heyvanın atası İngilis krallığının sarayında yaşayan bir pişiydir. Heyvan xüsusi rejimdə qidalanır, yataq dəsti və yeməyi ilə birlikdə aylıq xərci 6 min manatdır.


Pişik hər ay həkim müayinəsindən keçir. Çünki xarici mühitin təsirlərinə allergikdir, kənar şəxslərlə ünsiyyəti məhdudlaşdırılır. İnfeksiya riski olduğuna görə Bakının park və bulvarlarına çıxarılmır. Paytaxt parkları onun üçün sağlamsız mühit sayılır.


Bu cins pişiklərin tək yaşamağı mümkün deyil. Onlar cüt halda saxlanılırlar, hər pişiyin aylıq yataq dəsti, qumu və veterinar xidməti üçün 3000 manat xərclənir.


Araşdırmalara görə, pişiklərin sahibi məşhur müğənnilərdən biridir. Etik olaraq onun adını açıqlamaq mümkün deyil.