Azərbaycanlı xanəndə qəfildən öldü

14.09.2020 08:58 471 baxış sayı 2 dəq. oxuma
Azərbaycanlı xanəndə qəfildən öldü

Ukraynada yaşayan azərbaycanlı xanəndə dünyasını dəyişib.

Bu barədə Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Dnepropetrovsk vilayət təşkilatının sədri Qüdrət Hacıyev bildirib.

Diaspor nümayəndəsi qeyd edib ki, xanəndə Elbrus Məmmədov qəfildən keçinib:

"Ukrayna azərbaycanlılarının sevimlisi, gözəl insan, gözəl xanəndə Elbrus Məmmədov gözlənilmədən dünyasını dəyişdi. Çox təəssüf. Nə qədər həyatda varıq, həmişə qəlbimizdə yaşayacaqsan, gözəl insan. Allah rəhmət eləsin". 

 
O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: