Bu gün azərbaycanlıların Londonda Ermənistanın təxribatlarına qarşı keçirdikləri aksiya zamanı qarşıdurma yaranıb.
Aksiya zamanı ermənilər yenidən təxribat törətməyə çalışıblar. Amma polis müdaxilə etdikdən sonra ermənilər geri çəkiliblər.
Aksiya hazırda davam edir. Soydaşlarımız Ermənistanın işğalçı və təcavüzkar olduğu barədə şüarlar səsləndirirlər.
Onlar “Sarı gəlin” mahnısını da ifa ediblər. (Apa)