🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Son Xeberler
Son Xeberler
9 abunə
Bugun.az
Bugun.az
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

“Azərişıq"dan terminaldan ödənişə görə əlavə 1 manat tutulmasına RƏSMİ CAVAB

12.02.2021 11:46 412 baxış sayı 3 dəq. oxuma
“Azərişıq"dan terminaldan ödənişə görə əlavə 1 manat tutulmasına

Azərbaycanda istifadə edilən elektrik enerjisinin dəyəri Tarif (Qiymət) Şurasının müəyyən etdiyi qiymətlərlə tənzimlənir, təqdim olunan bildiriş və hesab fakturalarda açıq-aydın göstərilməkdədir.

Bu barədə “Azərişıq” ASC-nin istehlakçılara müraciətində bildirilir.

"Təəssüf ki, bəzi media qurumları ödəmə terminalının nümayəndəsinin sözlərini “Azərişıq” adından təqdim etməklə abunəçilər arasında çaşqınlıq yaradıb. İstehlakçılara təqdim edilmiş bildiriş və hesab fakturadakı məbləğlərdən əlavə hər hansı məbləğ tələb olunmur. Əhali istehlakçıları tərəfindən nəğd ödəmələrə görə aparılan əməliyyatların xərci isə “Azərişıq” ödəyir. Yəni əhali abunəçilərimizdən ödəmə terminalı ümumiyyətlə hər hansı bir əlavə xidmət haqqı ala bilməz.

Bir daha bildiririk ki, qeyri-əhali (kommersiya müəssisələri və s.) istehlakçıları tərəfindən ödəmə terminallarına nəğd ödəniş zamanı xidmət haqqı tətbiq olunmasının “Azərişıq” ilə heç bir əlaqəsi yoxdur. Əksər qeyri-əhali (kommersiya müəssisələri və s.) istehlakçıları tərəfindən istifadə etdikləri enerji haqlarına görə ödənişləri banklar vasitəsi ilə köçürmə yolu ilə aparılır, nəğd ödənişlər zamanı isə ödəniş operatorları üzrə seçimi abonent özü müəyyən edir", - deyə qurum bəyan edib.

Paylaş: