Aztəminatlı ailələr üçün meyvə bağları salınır
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin birgə həyata keçirdiyi “Sosial bağlar” layihəsi üzrə 11 rayonda daha 250 aztəminatlı ailə üçün intensiv meyvə bağları salınır.
Nazirlikdən verilən məlumata görə, hazırda bağ təsərrüfatlarının salınması üçün seçilən sahələr köhnə bar verməyən ağaclardan, kötüklərdən, daşlardan təmizlənir. Həmçinin sahələr şumlanaraq əkin üçün hazırlanır, çəpərlənir, sahələrə su xətləri çəkilir, suvarma sistemləri qurulur, tinglər əkilir.
Layihə çərçivəsində müxtəlif relyefə, coğrafi əraziyə və struktura malik ümumilikdə 110 hektar torpaq sahəsinə 80 mindən çox müxtəlif məhsuldar meyvə tinglərinin əkilməsi nəzərdə tutulur. Sahələrdə müasir damla suvarma sistemlərinin qurulması da təmin olunacaq.
Layihə iştirakçılarına aqrotexniki qulluq, məsləhət xidmətlərinin göstərilməsi, logistika və hazır məhsulun satışının təşkili mərhələlərində də dəstək göstəriləcək.
Qeyd edək ki, layihə çərçivəsində son iki ildə 375 aztəminatlı ailə üçün bağçılıq təsərrüfatları yaradılıb.
Etiketlər
Oxşar xəbərlər
Meyvələri bu saatda yeməyin, yoxsa...
Tibbi məlumatlar
Bakıda Qaz Kəsiləcək: Stansiya Qala, Ləhiş Bağları...
Son Xeberler
SON DƏQİQƏ: kasıblara pulsuz MƏNZİLLƏR VERİLƏCƏK -...
Son Xeberler
İsrail Hücumlarından Sonra Minlərlə Livanlı Suriya...
Son Xeberler
DİQQƏT! Bu meyvə-tərəvəzlərin qabığını atmayın
Tibbi məlumatlar
Boş yerə sağlam hesab olunan qidalar
Tibbi məlumatlar