🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Babək rayonunun inzibati ərazi bölgüsündə dəyişiklik edildi

29.10.2020 14:53 674 baxış sayı 2 dəq. oxuma
Babək rayonunun inzibati ərazi bölgüsündə dəyişiklik edildi

Prezident İlham Əliyev “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanuna əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə” qanunu təsdiq edib.

Qanuna əsasən, Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik olunub.

Belə ki, “Babək qəsəbəsi” sözləri “Babək şəhəri” sözləri ilə, “Cəhri kəndi” sözləri “Cəhri qəsəbəsi” sözləri ilə, “Nehrəm kəndi” sözləri “Nehrəm qəsəbəsi” sözləri ilə əvəzlənib.

Paylaş: