Milli Məclis Babək rayonu barədə layihəni qəbul etdi
Milli Məclisin bu gün keçirilən plenar iclasında Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında qanunun layihəsi müzakirə olunub.
Bu barədə Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov məlumat verib.
O bildirib ki, Babək rayonunun inzibati ərazi bölgüsündə aşağıdakı dəyişikliklərin edilməsi təklif edilir: “Babək qəsəbə inzibati ərazi dairəsi tərkibində Babək qəsəbəsinə şəhər statusu verilməsi, Babək qəsəbə inzibati ərazi dairəsinin Babək şəhər inzibati ərazi dairəsi hesab edilməsi təklif olunur.
Layihədə Cəhri kəndi inzibati ərazi dairəsi tərkibindəki Cəhri kəndinə qəsəbə statusu verilməsi, Cəhri kəndi inzibati ərazi dairəsinin Cəhri qəsəbə inzibati ərazi dairəsi hesab edilməsi, Nehrəm kəndi inzibati ərazi dairəsi tərkibindəki Nehrəm kəndinə qəsəbə statusu verilməsi, Nehrəm kəndi inzibati ərazi dairəsinin Nehrəm qəsəbə inzibati ərazi dairəsi hesab edilməsi əksini tapıb”.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.
Oxşar xəbərlər
Milli Məclis Fransa ilə bağlı bəyanat qəbul etdi
Son Xeberler
Deputatların koronavirus testinin nəticələri
Son Xeberler
Milli Məclis Suqovuşan adının bərpasını təsdiqlədi
Son Xeberler
SON DƏQİQƏ: Azərbaycanda millət vəkili VƏFAT ETDİ
Son Xeberler
Babək rayonunun inzibati ərazi bölgüsündə dəyişikl...
Son Xeberler
Ən yüksək və ən aşağı maaş bu rayonlardadır - CƏDV...
Bugun.az