
Bağ evində narkotik becərən şəxs tutuldu

Sabunçu Rayon Polis İdarəsi 42-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş paytaxt sakini Anar Əliyev saxlanılıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, ona məxsus Ləhiş bağları sahəsindəki evin həyətinə baxış keçirilən zaman kultivasiya yolu ilə yetişdirilən yaş halda çəkisi 11 kiloqram olan 201 ədəd çətənə kolu və 720 qram qurudulmuş marixuana aşkar olunaraq götürülüb.
Anar Əliyev ifadəsində narkotik tərkibli bitkiləri bir müddət əvvəl əkdiyini və xüsusi qulluq etdiyini etiraf edib.
Faktla bağlı 42-ci Polis Bölməsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. İstintaq tədbirləri davam etdirilir.
Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Gəncədə əməliyyat:
Son Xeberler

Daha bir narkotacir tutuldu
Son Xeberler

Bakıda həbsdə olan oğluna narkotik keçirmək istəyə...
Son Xeberler
Ödəmə terminalından oğurluğa və narkotik satmağa g...
Azəri Xəbər

“Çopur Ramiz” və onun cinayətkar şəbəkəsi tutuldu...
Son Xeberler
İstanbul Maltepədə Keçirilən Narkotik Əməliyyatı:...
Son Xeberler


