Bakı metrosu fəaliyyətini bu tarixdən bərpa edir - AÇIQLAMA
“Dünənki qərar 15 sentyabra qədərdir. Hər hansı başqa qərar olmasa, 15 sentyabrda metronun fəaliyyəti bərpa ediləcək. Qərar Operativ Qərargahdan asılıdır. İyul ayının 4-dən bu tərəfə gündəlik iş rejimi ilə fəaliyyət davam edir. Dediyiniz məsələ epidemioloji vəziyyətlə bağlıdır”.
“Bakı Metropoliteni”nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. Qurum rəsmisinin sözlərinə görə, 15 gün sonra Bakı metrosu fəaliyyətini bərpa edəcək.
Metronun bu zamana qədər bağlı olmasına aydınlıq gətirən Bəxtiyar Məmmədov bildirib ki, ventilyasiya sisteminin işləməsi koronavirus infeksiyasına yoluxmanı sürətləndirə bilər. Bu səbəbdən mütəxəssislər metronun bağlı olmasını məqsədəuyğun hesab ediblər.
“Ventilyasiya sistemi bütün dünyada olduğu kimidir. Cüzi avadanlıq fərqi ola bilər. Bunun əsas məqsədi sərnişinləri oksigenlə təmin etmək deyil, tuneli hava kütləsi ilə təmin etmək, içəridə olan hava kütləsini çölə vurmaqdır. Ventilyasiya sisteminin birinci vəzifəsi yanğın təhlükəsizliyi ilə bağlıdır. Ventilyasiya sistemi avadanlıqların qorunmasını, uzunömürlülüyünü təmin edir. Ən sonuncu vəzifə sərnişinlərin oksigenlə təmin edilməsidir”, – deyə Bəxtiyar Məmmədov əlavə edib.
Qeyd edək ki, Bakı metrosu Avropa ölkələrindəki metro sistemi ilə demək olar ki, eynilik təşkil edir. Lakin bir çox ölkələrdə koronavirus infeksiyasına yoluxmaların olmasına baxmayaraq metro nəqliyyatı işlək vəziyyətdədi
Etiketlər
Oxşar xəbərlər
Bakı avtovağzalı bu tarixdən fəaliyyətini bərpa ed...
Son Xeberler
Bakı metrosu fəaliyyətini bərpa edir? -
Son Xeberler
Bağçalar bu tarixdən fəaliyyətini BƏRPA EDİR -
Son Xeberler
Bakı metrosu fəaliyyətini bərpa edir-
Son Xeberler
Bu gündən daha bir qadağa götürülür
Son Xeberler
Bu gündən Operativ Qərargahın qadağası qüvvəyə min...
Son Xeberler