
Son Xeberler
9 abunə
Bakı metrosu həftənin bu günləri işləyə bilər - "Başqa çıxış yolu yoxdur..."
26.11.2020 07:52
541 baxış sayı
4 dəq. oxuma

Bildiyimiz kimi, koronavirusa yoluxma üzrə statistika artmağa davam edir. Bu səbəbdən bir sıra rayon və kəndlər nəzarətə götürülüb.
Bəs, yenidən sərt qaydaların tətbiq edilməsi gözlənilirmi?
Məsələ ilə bağlı danışan millət vəkili Razi Nurullayev karantinin sərtləşməsinə hələlik ehtiyac olmadığını bildirib:
"Biz sərt karantin tətbiq etməzdən əvvəl virusla yaşamağı öyrənməliyik. Hər kəs özünü qorumalı, maska taxmalı, gidiyena qaydalarına əməl etməlidir. Bunları edərək yoluxmanın artmasının qarşısını ala bilərik. Dövlət də qaydaları sərtləşdirmək yerinə, maska taxılmasına, vətəndaşların qoyulan tələblərə əməl etməsinə nəzarəti artırmalıdır. Qaydalara əməl etməyən şəxsləri də qanuna müvafiq qaydada cəzalandırmaq lazımdır. Çünki qadağaları artırmaq iqtisadiyyatımız üçün zərərlidir. Bu baxımdan, yenidən sərt qadağaların tətbiqinə ehtiyac görmürəm. Sadəcə qaydalara nəzarət və marifləndirmə işləri artırılsa, düşünürəm ki, bu, yetərli olacaq”.
Millət vəkili ictimai nəqliyyatda sıxlığın azaldılması üçün metronun açılmasını təklif edib:
"Hökumət düşünür ki, metro açılsa orada daha çox sıxlıq olacaq və yoluxma artacaq. Əslində bu düşüncədə haqlıdırlar. Çünki eyni vaxtda metroda daha çox insan olur, nəinki avtobusda. Amma vətəndaşlar da avtobuslarda çox əziyyət çəkir. Buna görə də metronun açılmasından başqa çıxış yolu yoxdur. Düşünürəm ki, ancaq metronun açılması bu məsələni yüngülləşdirə bilər. Bu baxımdan, həftəiçi, və ya həftənin bir neçə günü metronun fəaliyyətini bərpa etmək olar. Ən azından yoxlamaq olar ki, metro açıldıqdan sonra yoluxma azalacaq, ya yox. Vəziyyət həqiqətən çox ağırdır, yoluxma sürətlə artır, mütləq hansısa tədbirlər görmək lazımdır”.
Oxşar xəbərlər

Bakı sakınlərinin nəzərinə:
Son Xeberler
591
29/07 07:45

Bakı metrosu bu tarixədək işləməyəcək
Son Xeberler
611
17/07 16:59

Bakı metrosu fəaliyyətini bu tarixdən bərpa edir -
Son Xeberler
644
31/08 07:31

Türk Hava Yolları Ankara-Bakı-Ankara xüsusi uçuşla...
Son Xeberler
460
24/09 17:22

Bu gündən daha bir qadağa götürülür
Son Xeberler
555
21/09 05:44

Karatin rejimi uzadılsa Bakı metrosu açılacaq?
Son Xeberler
636
17/07 07:02