Bakı metrosunda gediş haqqı artırılır? - RƏSMİ AÇIQLAMA
Metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi ilə bağlı Tarif Şurasına hələki müraciət olunmayıb.
Bu barədə pravda.az-a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
B.Məmmədov bildirib ki, "Bakı Metropoliteni"nin fəaliyyətinin bərpa olunması məsələsinə gediş haqqının aidiyyatı yoxdur və bu iddialar əsassızdır.
"Bildiyimiz kimi, metro stansiyaları yeni tipli koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə bağlanıb. Doğrudur, hər dəfə metropoliten fəaliyyətini bərpa edəndə eyni mövzular gündəmə gətirilir, bəzi adamlar özlərini ekspert hesab edirlər. Diqqət elesək, görərik ki, keçən ilin may və sentyabr aylarında metronun fəaliyyəti bərpa ediləndə də eyni söz-söhbətlər gəzirdi", - qurum rəsmisi əlavə edib.
Qeyd: Bir müddətdir ki, sosial şəbəkələrdə "Bakı Metropoliteni" QSC-nin fəaliyyətinin bərpası zamanı gediş haqqlarının artacağı ilə bağlı məlumatlar yayılıb.
Oxşar xəbərlər
Bakı Metrosunda Yeni Hərəkət Cədvəli
Bugun.az
Avtobuslarda gediş haqqı 50 qəpik olacaq -
Son Xeberler
SON DƏQİQƏ: Azərbaycanda rayonlara gediş-gəlişə ic...
Son Xeberler
"Gediş haqqı"nın 50 qəpik olacağı xəbərlərinə -
Son Xeberler
Bu kolleclərdə təhsil haqqı artırıldı -
Son Xeberler
Bu gündən Operativ Qərargahın qadağası qüvvəyə min...
Son Xeberler