
Bakı Nəqliyyat Agentliyi deputatı böyük məbləğdə cərimələyib

“Sovet vaxtı məcburi təyinat var idi. Hesab edirəm ki, dövlət ali məktəbi qurtaranlara güzəştə getsin və təyinatları məcburi olsun”.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Rüfət Quliyev deyib.
O, Bakı Nəqliyyat Agentliyini (BNA) sərt tənqid edib: “Mən də taksilərin fəaliyyətində qayda-qanunun yaradılmasının tərəfdarıyam. Amma hamımız bilirik ki, bunun axırı hara gedir. BNA-nın əməkdaşları niyə şəkil çəkib qaçırlar? Gəlib izah etsinlər ki, burada saxlama, orada saxla. Daha niyə şəkil çəkən kimi qaçırlar? Təklif edirəm ki, harada dayanma-durma qadağandırsa, bunu plakata yazıb həmin əraziyə vursunlar. Vətəndaş da bilsin ki, burada 5, 10 dəqiqə durmaq olmaz.

Mən sürücümdən soruşdum ki, il ərzində nə qədər cərimə yığılıb. Cərimənin məbləğini burada açıqlamaq istəmirəm, amma böyük bir rəqəm idi. Dedim ki, get ödə. BNA-ın mühüm şəxslərini dəvət edək və soruşaq ki, cərimələrdən yığılan pullar hara gedir?”.
Oxşar xəbərlər

Bakının əsas prospektlərinin birində
Son Xeberler

Bakıda tramvay xəttinin çəkiləcəyi vaxt açıqlandı
Bugun.az

Rəsmi: Hikmət Babayevlə bağlı
Son Xeberler

Bu gündən bəzi yollar bir həftəlik bağlanır
Xəbər Anı

Laçına getmək istəyənlərin nəzərinə!
Xəbər Anı

Bakı Nəqliyyat Agentliyi vətəndaşlara müraciət etd...
Son Xeberler