20.08.2020 11:01
6
abunə
458
Bakı polisi idman zalına basqın etdi - Saxlanılanlar var - FOTO

Paytaxtın Binəqədi rayonunda xüsusi karantin rejimi qaydalarına əməl etməyən, qapalı məkanda fəaliyyət göstərən, sanitar-epidemioloji normaların pozulması ilə müşayiət olunan idman zalı aşkarlanıb.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən  verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə Mircəlal küçəsində yerləşən idman-məşq zalında 9 nəfər müəyyən olunub.

Sanitar-epidemioloji normaları pozan şəxslər müvafiq polis bölməsinə dəvət olunaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə hər biri barəsində protokol tərtib olunub.

 
 

Etiketlər:

Daxil olun


x
This website is using cookies. More info. That's Fine