13.11.2020 10:13
6
abunə
367
Bakı üzrə abonentlərin sayı 900 minə çatır

2020-ci ilin yanvar-oktyabr ayları ərzində “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 61 453 yeni abonent qeydiyyata alınıb.

Bunun 44 176-sı Bakı, Abşeron və Sumqayıt, 17 277-si isə regionlar üzrədir. Oktyabr ayı ərzində isə əhali sektoru üzrə qeydiyyata alınan yeni abonentlərin sayı 7 115 təşkil edib.

Bunun 5 404-ü Bakı, Abşeron və Sumqayıt, 1 711-i isə regionlar üzrədir.

Beləliklə, hazırda Birliyin ümumi əhali abonentlərinin sayı 2 milyon 310 min 414 təşkil edir. Bundan 1 milyon 413 min 177 abonent regionların, 897 237 abonent isə Bakı şəhərinin payına düşür.

Daxil olun


x
This website is using cookies. More info. That's Fine