Bakıda “1 manatlıq” taksilər ləğv olunur

01.09.2020 17:47 535 baxış sayı 2 dəq. oxuma
Bakıda “1 manatlıq” taksilər ləğv olunur

Paytaxtda yeni exspres taksi xidməti yaradılacaq.

Bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) Hüquq şöbəsinin müdiri Hikmət Babayev deyib.

Onun sözlərinə görə, bu məsələ Agentliyin təşəbbüsü ilə müzakirə edilən yeni konsepsiyada öz əksini tapıb: "Həmin taksilər birbaşa marşrut üzrə hərəkət edəcək. Bu taksilər fəaliyyətə başlayandan sonra pərakəndə halda işləyən "1 manatlıq" taksilərin fəaliyyətinin qarşısı alınacaq. Exspres taksilər sərnişinlər üçün tənzimlənən formada fəaliyyət göstərəcək".

H.Babayev Trend-ə bildirib ki, hazırda müxtəlif istiqamətlərdə "1 manatlıq" taksilər pərakəndə vəziyyətdə fəaliyyət göstərərək bir dayanacaqdan digər dayanacağa sərnişin daşımaqla məşğuldur: "Həmin taksilər tənzimlənmədiyindən avtobus dayanacaqlarına daxil olur, dayanacaqlarda və yollarda tıxaclar yaradır. Bu da sərnişin və sürücülərin haqlı narazılığına səbəb olur".

O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: