🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Bakıda DƏHŞƏT: Körpə ölümə məhkum edildi

22.07.2020 09:07 641 baxış sayı 2 dəq. oxuma
Bakıda DƏHŞƏT:

"Bakıda beş aylıq uşaq ruhi xəstə valideynin ucbatından ölümə məhkum edilib”.

Bunu Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sossial şəbəkədə paylaşıb.

Bildirib ki, uşaq A.F.Qarayev adına 2 saylı Uşaq Kliniki Xəstəxanasına yerləşdirilib: "Beş aylıq uşağın aclıqdan iki kiloqram çəkisi qalıb. Ana ruhi xəstədir. Deyir “Mən vergiliyəm, uşağıma kimsə dəyə bilməz”. Uşaq ölüm və həyat arasındadır. Onun qasıq yırtığı və qaraciyərlə bağlı problemi də var".

“Bakıda valideynini ölümə məhkum etdiyi uşaq barədə araşdırma aparılır”.

Bu barədə Oxu.Az-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov bildirib. O qeyd edib ki, qurum tərəfindən yerli icra hakimiyyətinin qəyyumluq şöbəsi ilə birlikdə araşdırma başlanılıb:

"Komitənin psixoloqu, sosial işçisi və hüquqşünasları məsələyə cəlb edilib. Uşağın sağlamlığı, valideynin psixoloji və sosial vəziyyəti qiymətləndirildikdən sonra körpənin maraqları nəzərə alınaraq, o və ailəsi barədə qərar veriləcək. Məsələ hazırda komitənin nəzarəti altındadır”.

 

 

Etiketlər

Paylaş: