🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Bakıda dəhşətli cinayət : Qadını öldürüb həyətdə basdırdılar

06.02.2021 10:33 370 baxış sayı 3 dəq. oxuma
Bakıda dəhşətli cinayət :

Cari il yanvarın 17-də paytaxtın Pirallahı rayon sakini 1981-ci il təvəllüdlü Ramazanova Lalə Ələmdar qızının itkin düşməsi ilə bağlı Pirallahı rayon polis şöbəsinə daxil olmuş məlumat əsasında aparılan araşdırma zamanı prokurorluq və polis əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin “isti izlər”lə açılması təmin edilərək itkin düşmüş Lalə Ramazanovanın qəsdən öldürülməsi müəyyənləşib.

Bu barədə Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərindən  verilən birgə məlumatda bildirilib.

Araşdırmalarla 1975-ci il təvəllüdlü Telman Mövsümzadə 17 yanvar 2021-ci il tarixdə, saat 23 radələrində yaşadığı evdə Lalə Ramazanovanı aralarında yaranmış mübahisə nəticəsində bıçaqla xəsarətlər yetirərək öldürməsinə, törətdiyi cinayətin izlərini itirmək məqsədi ilə meyiti həmin evin həyətinə basdırmasına əsaslı şübhələr müəyyənləşib:

"Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq prokurorluq əməkdaşlarından ibarət istintaq qrupu yaradılmaqla istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilib.

Qeyd edilib ki, Telman Mövsümzadə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub:

"Prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, şübhəli şəxs Telman Mövsümzadənin ifadəsinin yerində yoxlanılması həyata keçirilərkən Lalə Ramazanovanın meyiti aşkar edilərək cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq basdırıldığı yerdən çıxarılmaqla məhkəmə-tibb ekspertizasının keçirilməsindən ötrü aidiyyəti üzrə göndərilib. Hazırda iş üzrə intensiv istintaq tədbirləri davam etdirilir".

Paylaş: