14.10.2020 21:11
6
abunə
403
Bakıda əl qumbarası tapıldı - FOTO

Oktyabrın 14-də saat 12:28-də Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzi Sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Bakının Binəqədi rayonu 9-cu mikrorayon A.Məmmədov küçəsi 85 ünvanında əl qumbarasının tapılması barədə məlumat daxil olub.

ANAMA-dan verilən məlumata görə, Agentliyin mobil əməliyyat qrupu, Binəqədi Rayon Polis İdarəsinin, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin (FHN XRXX) və Bakı Şəhər Təcili Tibbi Yardım Xidmətinin (103) əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri, polis əməkdaşları və XRXX-nin əməkdaşları əraziyə baxış keçiriblər. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi təcrid olunub.

Aparılan təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində üzərində partladıcısı olmayan F-1 əl qumbarası aşkarlanıb. Qumbara zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Əl qumbarasının tapıldığı yerin ətrafına baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.Bakıda əl qumbarası tapıldı- FOTOLAR Bakıda əl qumbarası tapıldı- FOTOLAR

Daxil olun


x
This website is using cookies. More info. That's Fine