
Bakıda evinə dövlət məmurları gələn kişi atəş açdı

Bakıda havaya atəş açan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə sentyabrın 22-də Xocəsən qəsəbəsində yaşayan R.Süleymanovun evinə keçmiş həyat yoldaşının İcra və Probasiya şöbəsinin əməkdaşları ilə birlikdə əşyalarını götürmək üçün gəlməsinə etiraz əlaməti olaraq xuliqanlıq zəminində tüfəngdən havaya və evin pəncərəsinə atəş açaraq hadisə yerini tərk etməsi barədə məlumat daxil olub.
Əməliyyat-axtarış tədbirləri ilə R.Süleymanov polis əməkdaşları tərəfindən saxlanılıb.
Ondan hadisədə istifadə etdiyi müvafiq sənədləri olan “MR-155” markalı ov tüfəngi götürülüb.
Oxşar xəbərlər

Bakıda evdən yanmış kişi meyiti tapıldı
Son Xeberler

Bakıda kişi özünü 12-ci mərtəbədən atdı
Son Xeberler

Arvadı qəzada ölən erməni beş yaşlı qızına rəhm et...
Son Xeberler

Bakıda kişi dəm qazından öldü
Bugun.az

Bakıda kişi küçədə yıxılaraq ölüb
Son Xeberler

Bakıda polis qaçan şəxsə atəş açdı – Film kimi had...
Son Xeberler